Oğuzda ailə faciəsi: arvadını və qızını itirən ata dözmədi

oğuzOğuzda asılmış kişi meyiti tapılıb. Hadisə Oğuz rayonunda qeydə alınıb.

Polisə bu barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar nəticəsində ölən şəxsin 1962-ci il təvəllüdlü Məhəmməd Səfər oğlu Hüseynov olduğu məlum olub.
Meyit müayinə olunub və məlum olub ki, Məhəmməd Hüseynov intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qonşuların verdiyi məlumata görə, bir müddət əvvəl Məhəmməd Hüseynovun arvadı və 16 yaşlı qızı vəfat edib. Bundan sonra kişinin əsəbləri korlanıb.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.(anspress.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button