Olland ağır savaş olacağını bəyan etdi

oland

Fransa prezidenti Fransua Olland baş verən terror aktından sonra 100-dən çox girovun öldürüldüyü “Bataclan” konsert salonuna gedib.

Prezident baş verənlərdən şoka düşdüyünü bildirib:

“Çoxlu sayda ağır yaralı var. Gördüklərim qarşısında şoka düşdüm. Bu mənzərəyə səbəb olanlarla savaşımızda qəddar olacağıq”.

Olland həmçinin noyabrın 15-16-da Antalyada keçiriləcək G20 Liderlər Zirvəsinə qatılmaqdan da imtina edib.

ABŞ prezidenti Barak Obama da baş verənlərə reaksiya verib. Hücumdan dərhal sonra Ağ Evdə mətbuat konfransı keçirən Obama dörd dəqiqə çıxış edib. O, silahlı hücumun terror aktı olduğunu və təkcə Fransa xalqına deyil, bütün insanlığa qarşı edildiyini deyib.

Qeyd edək ki, baş verən terrorla bağlı İran prezidenti bu gündən etibarən başlanması planlaşdırılan Avropa səfərini təxirə salıb. Ruhaninin İtaliya, Vatikan və Fransaya səfərləri nəzərdə tutulmuşdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button