“Ölümsüz polk”a atasının şəkli ilə qatıldı

putin ataBu gün Rusiyanın prezidenti V.Putin bu gün keçirilən hərbi paraddan sonra Qızıl Meydanda təşkil edilən “Ölümsüz polk” adlı yürüşə başçılıq edib.

XuralTAC Ruysiya mətbuatına istinadən xəbər verir ki, yürüşə qatılan 200 nəfərdən çox insan Böyük Vətən Müharibəsində həlak olan öz ata və babalıarının  şəkillərini sinələrində tutublar.

Vladimir Putin də Leninqrad ətrafında gedən döyüşlərdə iştirak edən atasının şəkli ilə yürüşçülərin qabağında gedib.

– Bu təşəbbüsün dəyəri ondan ibarətdir ki, onun layihəsi hansısa kabinetdə verilməyib – prezident canlı efirdə bildirib – bu, bizim insanların onları, övladlarını müdafiə edən öz soylarına olan hörmətdir. Mənim atam bu meydan yürş etməyə haqqı olan milyon-milyon əsgərlərdən biri olub. Mən çox xoşbəxtəm ki, atam bu gün mənimlədir – mənim əlimdə onun şəkli var. Bu haqq həm də milyonlarla əsgərlə yanaşı, həm də arxa cəbhədə mübarizə aparan zəhmətkeşlərə məxsusdur. Qoy şəkillərdə belə, amma onlar bu gün bu haqqlarını aldılar.

Prezidentin Administrasiyasından verilən məlumata görə, Putin yoğun və gərgin iş qrafikinin olmasına baxmayaraq, bu yürüşdə iştirak etmək arzusunda olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button