Ombudsman Gözəl Bayramlı ilə görüşüb

Bu gün Bakı Apellyasiya məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlı ilə ilə bağlı şikayətə baxılıb. Gözəl Bayramlının vəkilləri onun ailə üzvləri ilə ünsiyyət saxlamasına maneə yaradılması haqda şikayət verib. Sabunçu rayon məhkəməsi sentyabrın 3-də şikayətə baxmaqdan imtina edib.

Apellyasiya məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə keçən prosesdə Sabunçu rayon məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Vəkil Zibeydə Sadıqova məhkəmədən sonra jurnalistlərə bildirib ki, artıq Gözəl Bayramlının müalicəsinə başlanılıb. Ombudsman Elmira Süleymanova da Bakı İstintaq təcridxanasında AXCP sədrinin müavini ilə görüşüb və onun şikayətlərini dinləyib.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button