Ombudsman parlamentə Amnistiya aktı ilə bağlı müraciət edib

Fazil Mustafa: ”Həm amnistiya, həm əfv olacağı istisna deyil”

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Elmira Süleymanova
Elmira Süleymanova.

Məlumatı modern.az yayıb.

Bir müddət əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu da “Turan” informasiya agentliyinə bildirmişdi ki, həm amnistiya aktı olacaq, həm də əfv sərəncamı imzalanacaq.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev. Fotoqraf:: Sosial şəbəkə

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev xəbəri Meydan TV-yə şərh edərkən deyib ki, əfv sərəncamının imzalanması istisna olunmur. Amma amnistiya məsələsi mürəkkəb olduğundan hər hansı münasibət bildirmək çətindir.

Deputat Fazil Mustafa isə bildirib ki, eyni vaxtda amnistiya aktının qəbul edilməsi və əfv sərəncamının verilməsi bir-birinə zidd deyil, istisna da edilmir:

Fazil Mustafa
Fazil Mustafa.

“Amnistiya aktına konkret maddələr daxil edilir, əfv sərəncamında isə şəxslər. Amnistiyaya düşən maddələrlə cəza çəkənlər ya azad olunur, ya da cəzaları azaldılır. Amnistiya aktında hamı azadlığa çıxa bilməz. Əfv sərəncamına özlərinin və yaxınlarının müraciəti olan məhbusların adları salınır. Əfv daha konkret sənəddir, çünki adamların adları var. Amnistiya isə ümumi sənəddir, maddələr üzrə. Ona görə amnistiya da olacaq”.

Azərbaycanda indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu belə sənəd 2016-cı ildə, o zaman Milli Məclisin üzvü, hazırda isə I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button