Onun həyatını bir təpik xilas etdi – VİDEO

intihar30.04.2015

Bəzən bir təpik bir insanı öldürə bilər, bəzən də o təpik həmin insanın xilaskarına çevrilir.

Braziliyanın Fortaleza şəhərində intihara  təşəbbüs  edən şəxsi xilasedicinin  havada uçaraq endirdiyi zərbə ölümdən xilas edib.
Bir qadının 10-cu mərtəbədəki evinin pəncərəsinə çıxaraq özünü atmağa çalışdığını görən qonşular dərhal xilasetmə dəstələrinə zəng vurub.  Qadını dilə tutmaqla pəncərədən endirə bilməyəcəklərini görən xilasedicilər onu xilas etmək üçün 11-ci mərtəbədədən düşməli olublar.
Qadının əlini göyə qaldırıb dua etməsi xilasedicinin işinə yarayıb. Yavaş-yavaş pəncərədən düşən xilasedici tulanaraq havada qadının sinəsinə təpiklə vurub.  İntihar etməyə çalışan qadın zərbənin şiddətindən  otağa yıxılıb.
Sifətindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Hadisənin anbaan lentə alınan görüntüləri isə ölkədə böyük səs-küyə səbəb olub.  Əlaqədar qurumlar qaynar xətt yaradaraq intihar etmək haqda düşünən insanları psixoloqla əlaqə yaratmağa səsləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button