Orduda nə baş verir? vətəndaşın şikayəti

Kanal15.Tv -nin redaksiyasına daxil olan məktubu olduğu kimi təqdim ediik.

Salam hörmətli redaksiya. Yazıb sizə bildirirəm ki, mən Ələkbərov Sənan Məmməd oğlu 2014-cü ildən Yevlax rayonu Aran qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başlamışam. Xidmət etdiyim vaxt ərzində hərbi hissə komandanlığı tərəfindən təşəkkürlərə layiq görülmüşəm. 2015-ci ilin mart ayında qarşılaşdığım özbaşınalıq və rüşvətxorluqlar barəsində yuxarı komandanlığa yazılı və şifahi şəkildə məlumat vermişəm. Bundan narahat olan bəzi “zabitlər” məni ” vurmaq” qərarına gəldilər. Mən hərbi hissədə ola-ola mənə fərarilik verilərək  cinayət işi açdılar. Cinayət işinə  Tərtər hərbi prokurorluğu nəzarət edirdi. Cinayət işi sübuta yetirilmədiyi üçün işə xitam verildi. Bundan narahat olan ” zabitlər” mənə qarşı qərəzsiz əmlər verməyə başladılar. Məndə bunların mənə qarşı təzyiqlərinə dözməyib, hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin ” E” bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi xidmətdən uzaqlaşdırıldım. Hərbi xidmətdən uzaqlaşdırıldıqdan sonra bu barədə Müdafiə Naziri genaral polkovnik Zakir Həsənova, Baş qərargah rəisi Nəciməddin Sadıqova, insan haqqları komitəsinin sədri Elmira Süleymanovaya, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya, hərbi prokuror Xanlar Vəliyevə internet vasitəsi ilə müraciət ünvaladım. 2016-cı ilin aprel ayında Bərdə 1-ci Ordu korpusunun nümayəndəsi mayor Əməşov Elvin mənim mobil telefonuma zəng edərək məni yenidən hərbi xidmətə qəbul olunmağım barədə  sorğu-sual etdi. Məndə öz növbəmdə cənab mayora düşmənlə üzbəüz yerləşən ən qabaq postların birində xidmət etmək istədiyimi bildirdim. Mayor Əməşov mənə şəxsi işimi hazırlamağımı və hərbi hissəyə gətirməyimi xahiş etdi. Mən bütün sənədləri ( Asan xidmətdən məhkumluq haqqında arayış, 2 ədəd 3/4 fotoşəkil, hərbi komisarlıqdan şəxsi iş) təqdim etdim. (O cümlədəndə forma N 7 əsasında  mülki və hərbi həkim komissiyasının qərarı.) Mayor Əməşov sənədlərim tam qaydasında olduğunu görüb mənə bildirdi ki, əlaqə nömrən var bizdə sən get biz sənə xəbər edəndə gələrsən. Məndə iki gündən bir mayor Əməşovla telefon əlaqəsi yaradırdım. Gah telefonlarıma cavab vermirdi, gah da hələ xəbər yoxdur deyə cavab verirdi. Təxminən 2016-cı ilin iyun ayında yenədə mayor Əməşovla əlaqə saxladım. Cənab mayor mənə səni qəbul etmədik sənədlərinidə Şəmkir hərbi komissarlığına göndərmişik deyə bildirdi. Ondan nə üçün belə etdiniz mən bu qədər həm sənəd yığmağa həmdə yol xərci çəkdiyimi bildirəndə cənab mayor mənə zabit adına yaraşmayan tərzdə “get dövlətdən dövlətə şikayət et”  deyə cavablandırdı. Mən yenidən 2016-cı ilin avqust ayında cənab genaral polkovnik Zakir Həsənovla görüşmək üçün Həzi Aslanov adına Mərkəzi zabitlər evində qəbula yazıldım. Qəbul üçün avqust ayının 18-də saat 16:00 radələrində  Həzi Aslanov adına Mərkəzi zabitlər evində baş tutdu. Orda məni cənab nazirimiz yox Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri qəbul etdi. Mən müraciətimi yazılı və şifahi şəkildə  bir daha Müdafiə Nazirliyinin əməkdaşlarına çatdırdım. M.N.-nin əməkdaşları məni dinləyib sonra dedilər ki, get Bərdə rayonunda yerləşən 1-ci Ordu korpusun nümayəndəsi mayor Həmidov Tariyeli tap bizim tərəfimizdən göndərildiyini de sənə köməklik edəcəklər deyə bildirdilər. Məndə səhər tezdən Şəmkirdən Bərdəyə gəldim. Bərdəyə çatanda saat artıq 10:30 idi. Nəzarət Buraxılış Məntəqəsinə yaxınlaşıb mayor Həmidovla görüşmək istədiyimi bildirdim. NBM- nin növbətçisi gözləyin burda yoxdur deyə cavab verdi. Artıq saat 16:25 də mən birdə NBM-nin növbətçisinə yaxınlaşdım. Mayor Həmidovun nə vaxt gələcəyi barəsində məlumat öyrənməyə çalışdım. Mənə növbətçi bildirdi ki, Həmidov sizi qəbul etməyəcək nahaq yerə burda gözləməyin. Cümə günü olduğu üçün hərbi hissə komandiririnin müavini, qərargah rəisinin qəbul günü olduğu üçün onunla görüşməyə qərar verdim. Bu cəhdimdə boşa çıxdı. Qərargah rəisi heç kimi qəbul etmir cavabı aldım. Halbuki NBM -də elan vurulub. ( hər həftənin cümə günü hərbi hissə komandirinin müavini, qərargah rəisinin qəbul saatı 16:00  18:00) Bəs yaxşı bu elan nəyə vurulub? Çox hörmətli qərargah rəisi qəbulunuza yazılmaq üçün nə vaxt müraciət edə bilərik? Nə qədər öz-özümə sual verdimsə suallarım cavabsız qaldı. Aradan bir necə dəqiqə keçmişdi ki, mayor Həmidov T. öz şəxsi avtomobili ilə hərbi hissədən çıxdı. Məndə əlacsız qalıb rayona yeni Şəmkirə qayıtmağa qərar verdim. Yolda mayor Həmidovla qarşılaşdım. Bütün suallarımı cənab mayora ünvalamağa çalışdım. Ancaq tək bir cavab ala bildim. Cənab general 1-ci Ordu korpususun komandiri Hikmət Həsənovun əmri var biz xidməti uyğunsuzluqları qəbul etmirik vəssalam. Bəs nə üçün Müdafiə Nazirliyinin rəsmiləri məni bura göndərdilər, məgər onlar bilmirdilərki cənab general burda heç bir xidməti uyğunsuzluqları qəbul etmir? Sadacə cənab mayor ciyinlərini çəkərək hərbi hissə istiqamətinə davam etdi. Mənim bu qədər suallarım çox təəssüflər olsun ki cavabsız qaldı. İndi mən suallarımı Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə sizin redaksiya vasitəsi ilə ünvanlayıram. Sizdən artıq dərəcədə xahiş edirəm mənim suallarımı cavablandırın. Diqqətinizə görə minnətdaram.

Hörmətlə Sənan Ələkbərov.

WhatsApp Image 2016-08-19 at 13.32.26WhatsApp Image 2016-08-19 at 20.16.47WhatsApp Image 2016-08-19 at 20.16.46

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button