Orqanizmi zəhərlərdən təmizləyən möcüzəli içkilər

vitamin29.04.2015

Çox qida qəbul etmək mədə-bağırsaqda ağırlaşma yaradır, həzmi zəiflədir. Bağırsaqda tullantıların çoxalmasına yol açır. Oqranizmi zəhərlərdən təmizləyən möcüzəli içkilərin reseptini təqdim edirik:

Alma və darçın

Bir almanı nazik doğrayın, üzərinə 500 ml. isti və təmiz su, 1 xörək qaşığı üyüdülmüş darçın əlavə edin. Soyuduqdan sonra gün ərzində için. Alma darçın cütlüyü maddələr mübadiləsini normallaşdırır, həzm sistemini təmizləyir.

Limon şirəsi və bal

İki xörək qaşığı təzə sıxılmış limon şirəsini 200 ml. isti su ilə qarışdırın. Üzərin 1 çay qaşığı təmiz bal, bir çimdik üyüdülmüş zəncəfil əlavə edin. Acqarına, səhər yeməyindən yarım saat əvvəl qəbul etmək lazımdır. Bu, həzm sistemini təmizləməyə kömək edəcək, damarların divarlarını möhkəmləndirəcək və həyat enerjisi bəxş edəcək!

Zəncəfilli içki

Bu içkini hazırlamaq üçün 3-4 sm. uzunluğunda zəncəfilin qabığını soyun, üzərinə 1 litr qaynar su tökün, qaynama həddinə çatdırdlqdan sonra zəif odda 10 dəqiqə bişirib süzün. Soyuduqdan sonra üzərinə bir neçə xörək qaşığı itburnu siropu və bir çimdik üyüdülmüş darçın əlavə edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml. qəbul edin. Bu içki həzmi yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır, bədəni canlandırır.

Çuğundur şirəsi

Bir ədəd çuğundurun, 1 almanın və 4 saplaq kərəvizin şirəsini çıxardın. Hər gün 2 dəfə səhər və axşam yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı qəbul edin. Sağlamlıq kokteyli 1 limonun, 1 portağalın və 1 kökün şirəsi çıxarın və 100 ml. mineral su ilə qarışdırın. Yeməkdən yarım saat əvvəl acqarına için. Bu kokteyl yorğunluğu aradan qaldırır, onun tərkibində çoxlu sayda antioksidantlar var.

Xiyar və kərəviz

1 xiyarın və kərəviz kökünü xırdalayın, üzərinə 300 ml. su əlavə edin. Gün ərzində için, bu içki pəhriz günlərində xüsusilə faydalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button