Osmanlı Dövlətinin ən uzun ömürlü insanı Zarok Ağa – VİDEO

View of Zaro Agha and Friend1774-ci ildə doğulan 1934-ci ildə ölən Zarok Ağa tam 10 Padşah  və bir prezident görüb. İstanbulda bir çox monumental memarlıq abidələrinin inşaatında çalışan Zarok Ağa bir neçə müharibənin də canlı iştirakçısı olub. XuralTAC-ın Türkiyə mətbuatına istinadən təqdim etdiyi video 1930-cu illərdə lentə alınıb.

Zarok AĞA HAQQINDA ensiklopedik məlumatlar:

Zarok Ağa (1774 – 1777; Bitlis – 29 iyun 1934, İstanbul), 157 ya da 160 il yaşamış, Türkiyənin ən uzun yaşayan insanı hesab olunur. Xarici mənbələrə görə isə o, dünyanın ən uzun yaşayan bir neçə adamından biridir. Şərif Mirza tayfasından olan Zarok Ağanın kürd olduğu söylənilir.
Zarok Ağa, on Osmanlı padşahı, bir prezident görmüş, altı döyüşə qatılmış və bəzi mənbələrə görə yeddi dəfə, bəzi mənbələrə görə də 13 dəfə, başqa bir qaynağa görə 29 dəfə evlənmişdir. Beşi qız olmaq üzrə 13 uşağı, 29 nəvəsi olmuşdur.

Həyat əhvalatı

Zarok Ağa, bəzi mənbələrə görə 1774, bəzi mənbələrə görə isə 1777-ci ildə Bitlis, Mutki, Meydan kəndində doğulub. VIII əsrin sonlarına doğru İstanbula getmiş və Səlimiyə Kışlası, Ortaköy və Tophane camilerinin inşaatında çalışıb.

Əlli yaşlarında uzun illər İstanbul Hamal Birliyinin başında qalıb. Daha sonra operator Emin bəyin şehreminliği zamanında bələdiyyə məmurluğuna gətirilib və bu ölənə qədər davam edib. Beləcə son günlərini İstanbulda keçirib və burada ölüb.

Ölümünə yaxın isə qapıçılıq edib.

Uzun ömürlü olması onu dünya mətbuatının gündəminə gətirib və məşhurlaşdırıb. Dünyanın ən uzun yaşayan insanı olaraq 1925-ci ildə İtaliyanı, 1930-cu ildə spirt əleyhdarı bir dərnəyin dəvəti ilə Yunanıstandan səfər edərək Amerikanı, 1931-ci ildə İngiltərəni ziyarət etmişdir.

Mustafa Kamalın hüzuruna iki dəfə çıxmış və ona sultan deyə xitab etmişdir. Mustafa Kamal ilə görüşdüyündə çox yaxşı işlər etdiyini söyləmiş amma qadınlara çox azadlıq verməsini tənqid etmişdir.

ÖLÜMÜ

Zarok 29 İyun 1934 tarixində Şişli Etfal Xəstəxanasında öldü. Edilən yarılmada Zarok Ağanın olduqca uzun yaşamasına baxmayaraq bir çox sağlamlıq problemi olduğu təsbit edildi. Bunlar arasında vərəm, ürək böyüməsi, beyində damar tıxanmaları və üç böyreklilik sayıla bilər.
Amerika qaynaqlarda bildirilir ki, Zarok Ağa Amerikada bir müddət yaşayıb və öldükdən sonra cəsədi baxılması üçün Amerikalı elm adamları tərəfindən yarılıb.

Ayrıca öldüyündə əsl yaşının 164 olduğu da deyilir.

HAQQINDA YAZILAN KİTABLAR

Rohat Alakom, Dünyanın Ən Yaşlı Adamı: Zarok Ağa (1774-1934), Avesta Yayınları, 2009.
Rohat Alakom, Köhnə İstanbul Kürdləri (1453-1925), Avesta Yayınları, 1998, ISBN 975-7112-47-X, s. 155-161

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button