Ötən il MTN 24 Vətən xainini zərərsizləşdirib

28.03.2012

Azərbaycan daxilində və xaricində müəyyən qüvvələr Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır və buna hər yolla mane olmağa çalışır. “Onların bəziləri gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Lakin düzgün düşüncəli gənclərimiz heç vaxt bu təsirlərə uymurlar, əksinə, daim dövlətçilik mövqeyi nümayiş etdirirlər”. Bu barədə təhlükəsizlik naziri Eldar Mahmudov bu gün ölkənin təhlükəsizlik orqanlarının 93 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda çıxış edərkən bildirib.

Nazir bildirib ki, ötən il terror-təxribat fəaliy­yət­lə­ri­nin qar­şı­sı­nın alın­ması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayət­kar­lığın digər təzahürlərinə qarşı mübarizədə önəmli nəticələr əldə edilib.

Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində casusluq etməklə dövlətə xəyanətdə təqsirli bilinən 24 nəfər ifşa olunub. Həmçinin Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüv­və­lərinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər yaxalanıb, deyə nazir bildirib.

Nazir onların kimin xeyrinə casusluq etdiyini və hansı ölkənin vətəndaşları olduğunu bildirməyib.

Narkotik vasitələrin qa­nun­suz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb­, 40 cinayət işi başlanıb, 137 nəfər məsuliyyətə cəlb olunub.

Qaçaqmalçılıq faktları üzrə 8 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.

Saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdən­kənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma və insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənim­səmə cinayətləri üzrə də 14 cinayət işi başlanıb, 23 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button