Ötən illə müqayisədə məhsul artımı var

meyvexural.com   xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb.

Sənəddə qeyd edilir ki,  kənd təsərrüfatında yaz-tarla işləri başa çatmaq üzrədir.

İyun ayının 1-nə kimi 349,9 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, 27,9 min hektar sahədə dənli və dənli paxlalılar, 34,6 min hektar sahədə dən üçün qarğıdalı, 60,6 min hektar sahədə kartof, 75,1 min hektar sahədə tərəvəz, 18,3 min hektar sahədə pambıq, 27,2 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 9,9 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə tütün əkilib.

Yaz-tarla işləri ilə yanaşı artıq kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb.

İyun ayının 1-nə kimi tarlalardan 11,6 min ton dənli və dənli paxlalılar, 56,7 min ton kartof, 86,8 min ton tərəvəz, 9,7 min ton meyvə və giləmeyvə, 252 ton yaşıl çay yarpağı toplanıb.

İlin əvvəlindən 178,9 min ton diri çəkidə ət, 786,1 min ton süd, 658,8 milyon ədəd yumurta, 12,9 min ton yun istehsal olunmuş, 2014-cü ilin eyni dövrünə nisbətən ət istehsalı 2,4 faiz, süd istehsalı 4,4 faiz, yumurta istehsalı 3,2 faiz, yun istehsalı 2,1 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə mövsümilik nəzərə alınmaqla bitkiçilik məhsulları istehsalı 12,2 faiz, heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,1 faiz artıb. 

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button