“Özümü məğlub sayıram”…

avarçəkəni Valentin DemyanenkoGümüş medal qazanmış azərbaycanlı idmançı: “Özümü məğlub sayıram”
Düşünürəm ki, finaldakı çıxışım uğurlu alınmadı. Hər bir idmançı kimi, mən də qızıl medal üçün yarışdım. Amma ikinci oldum və özümü məğlub olmuş sayıram”. 

 xural.com -un apa.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri I Avropa Oyunlarının avarçəkmə yarışlarında gümüş medal qazanan Azərbaycan avarçəkəni Valentin Demyanenko deyib.

Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu bildirib ki, birinci yeri tutması üçün ona mikrosaniyə çatmayıb: “Əlbəttə, çıxışımdan narazıyam. Ümumiyyətlə, 200 m sprinter məsafəsi sayılır.

Burada mikrosaniyə də öz sözünü deyir. Qızıl medal üçün demək olar ki, santimetr çatmadı. Mən finalda qalibdən 0,078 saniyə geri qaldım.

Avarçəkmə yarışlarında Azərbaycan idmançılarından təkcə mən medal qazandım. Yığmamızın digər üzvlərinə də gələcək yarışlarda uğur qazanmasını arzu edirəm.

Bu yarışın qalibi olan latviyalı Henrikas Juştautas istedadlı idmançıdır, cəmi 20 yaşı var.

Ümid edirəm ki, gələcəkdə mən ona yenə də rəqib olacağam.

Həmişə, hər yerdə qələbəyə can atıram. Bu gün alınmadı.

Ümidvaram ki, zamanla hər şey yaxşı olacaq. Amma hələ qarşıda vaxt var.

Harada səhv etdiyimi müzakirə edəcəyik. Dünya çempionatında gücümü göstərəcəyəm”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button