Pərviz Həşimli Hilal Əsədovun sürücüsünün və xanımının zorakılığına məruz qalıb

Bu dəqiqələrdə Gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb. 

Gununsesi.info xəbər verir ki, P.Həşimli hələ də polis bölməsindədir və yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir. Polis Bölməsində H.Əsədovun sürücüsü və həyat yoldaşının da izahatı alınır.

15:15

Bu dəqiqələrdə Gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb. 

Gununsesi.info xəbər verir ki, o hazırda Polis Bölməsində ifadə verir.
P.Həşimli bizimlə söhbətində deyib ki, Nərimanov rayonu ərazisində kafedən çıxarkən milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun yoldaşı və onun sürücüsü ilə rastlaşıb. Sürücü  onu tanıyaraq maşını üstünə sürüb və təhqir edib. İş bununla bitməyib, H.Əsədovun həyat yoldaşı da P.Həşimlini təhqir edib və ona qarşı nalayiq ifadələr işlədib. Hətta, H.Əsədovun sürücüsü P.Həşimliyə hücum edərək, ona qarşı fiziki zor tətbiq edib.
Bundan sonra hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları gəlib.
P. Həşimli hazrda  16-cı Polis Bölməsindədir. Hazırda vəziyyətlə bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button