Pənah Hüseyn İsa Qəmbərə qurban dedi

“Azadlıq Salnaməsi”ndə keçirilən debatın yayınlanması təxirə salındı…

Bir müddətdir “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının aparıcılığı ilə yayınlanan “Azadlıq Salnaməsi” verilişində Meydan Hərəkatının liderlərindən olan Nemət Pənahlı ilə AXC-Müsavat hökumətinin Dövlət katibi və Baş naziri Pənah Hüseynin baş tutacaq debatı anons edilirdi. Xural.com məlumat verir ki, Nemət Pənahlı ilə Pənah Hüseynin debatı bu gün baş tutub və debat 5 saata qədər davam edib. Çətin keçən debatın moderatoru Əvəz Zeynallı bu haqda özünün facebook profilində məlumat verib. Xural.com Əvəz Zeynallının statusunu təqdim edir:

“Nemət Pənahlı və Pənah Hüseynlə bu günə təyin etdiyimiz debat uğurla baş tutdu. 5 saat birnəfəsə keçdi və sonda məlum oldu ki, tərəflər mövzuya hələ yeni daxil olublar. Etiraf edim ki, aparıcılıq karyeramda hələ bu qədər zor bir debat keçirməmişdim. Hətta bir ara çəkilişi saxlamaq, debatı dayandırmaq istədim. Bu adamlar çətin adamlar olduqları kimi çətin də debat aparırlar…
Debatın sonunda MSDM sədri Isa Gambar-lə bağlı aldığımız xəbər bizi xeyli məyus etdi və həm Nemət Pənahlı, həm Pənah Hüseyn, həm də mən qərara aldıq ki, Isa Gambar sağalıb evinə qayıdana qədər debat yayınlanmasın. Sözün açığı, bu haqda təklifi dünəndən Nemət Pənahlı həm mənə, həm də Pənah Hüseynə zəng edərək vermişdi. Sadəcə, biz Isa Gambarin səhhətinin çox yaxşı olduğunu nəzərə alıb təklifi qəbul etməmişdik.
Debatdan sonra Pənah bəylə Başqanı ziyarət etdik, həkimi ilə görüşüb qısa məlumat aldıq. Şükür, hər şey çox yaxşıdır və 2-3 günə Isa Gambar xəstəxanadan çıxacaq. Bu arada Pənah bəyin gələn xəbərlərdən kövrəldiyinin və Isa Gambarin sağalması üçün qurban dediyinin şahidi oldum. Qismət olsun, Başqan sağalsın, gedək qurbanını kəsək… Debatımızı da yayınlayaq… Sağ salamat olsun, tənqid edək…”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button