Pətək Donçöz torpaq hədiyyə edildiyini deyir, icra başçısı təkzib edir – VİDEO

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcəyi ilə bağlı xəbər yayılıb. Bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

Xural.com xəbər verir ki, “Bizim Yol” məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla əlaqə saxlayıb.O saçıqlamasında məlumatın yalan olduğunu bildirib.

“Petek xanımdı da, şou-biznes əhlidi ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə bu nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burda torpaq alması mümkün deyil.”

Daha sonra Elxan Usubov bunları deyib:
“Petek xanım Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və “ARB” kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button