Pakistanda Sevgililər Günü qadağan edildi

Pakistan Ali Məhkəməsi ictimai yerlərdə 14 fevral Sevgililər Gününün qeyd olunmasını qadağan edib. Məhkəmə bu qərarı “o günün İslam ənənələrinə uyğun olmaması” ilə əsaslandırıb.

“Dawn” qəzetinin xəbərinə görə, məhkəmənin qərarını ictimaiyyətə açıqlayan hakim Macid Bhatti media orqanlarının sevgililər gününü təbliğ etməsinin də qadağan olunduğunu deyib.

Keçən il Pakistanın Dövlət naziri Memnun Hüseyn də pakistanlıları Sevgililər Gününü bayram olaraq qeyd etməməyə çağırmışdı.

Pakistanın ən böyük islamçı partiyası olan Camaatı İslam partiyasının üzvləri isə Sevgililər Gününün islama uyğun olmadığını müdafiə edərək, bunun yerinə “təvazökarlıq günü” keçirilməsini təklif etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button