Pakistanda uşaq parkında partlayış zamanı ölənlərin sayı 65 nəfərə çatıb

pakistan

Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb, 300-ə yaxın insan yaralanıb.

Report.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Reuters” agentliyi məlumat yayıb.

***20:04

Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Dawn” agentliyi yazıb.

Yüzdən çox yaralının olduğu qeyd edilir. Polisin məlumatına görə, terrorçu partlayıcı qurğunu uşaq parkında işə saldığından, ölən və yaralananlar arasında qadın və uşaqlar çoxdur.

Hadisə şahidlərindən birinin məlumatına görə, parkda martın 27-də qeyd olunan Pasxa bayramı səbəbindən adi vaxtdakından çox adam olub.

***19:41

Pakistanın şərqində yerləşən Lahor şəhərində törədilən partlayış nəticəsində 38 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, partlayış Qulşan-e-İkbal parkı yaxınlığında baş verib. Polisin ilkin məlumatına görə, partlayışı terrorçu-kamikadze törədib.

Yaralıların əksəriyyəti qadın və uşaqlardır, onların hamısı şəhər xəstəxanalarına yerləşdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button