Parisdə nümayişçilərlə polis arasında toqquşma – 22 nəfər həbs olundu

146079866222755899_1000x669

Ötən gecə Paris polisi nümayişçilər qrupunu Respublika meydanından çıxarmaq üçün əməliyyat keçirib. Burada sayca 16-cı “Ayaq üstə gecə” aksiyası keçirilirdi. Nümayış iştirakçıları hökumətin ölkənin əmək qanunvericiliyində islahatlar aparmaq niyyətinə etiraz edirdilər.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nümayiş dinc şəraitdə keçsə də, meydan rayonunda mağazaları dağıdan, avtomobilləri yandıran, polisə qarşı zorakılığa əl atan, Baş nazir Manuel Valsın evini mühasirəyə almağa cəhd göstərən və Yelisey sarayına yürüş təşkil edən sol radikalların bir neçə qrupu da fəaliyyət göstərirdi.

Təxminən 200 nəfərin yığışdığı meydan demək olar ki, tamamilə boşaldılıb. Polis nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib. Fransa telekanallarının məlumatına əsasən, Respublika meydanına yaxın küçələrdə radikal nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nəticədə 4 asayiş keşikçisi yaralanıb, 22 nümayişçi isə həbs edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button