Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarı alqışlayıb

Pedro Aqramunt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə P.Aqramunt özünün “Twitter” mikrobloqunda yazıb.

“Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərməlidir”, – deyə P.Aqramunt bildirib.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button