”Pensiyaların maliyyələşməsində heç bir problem yoxdur”

 Elman Mehdiyev

”Devalvasiya sosial xərclərlə bağlı heç br problem yaratmayıb”

Bu açıqlamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, pensiyalar vaxtından öncə hesablanır, pensiya təminatı icra edilir və heç bir gecikmə olmur.

“Prezidentin artımla bağlı verdiyi sərəncamlar yerinə yetirilir. Devalvasiya sosial xərclərlə bağlı heç br problem yaratmayıb.  2016-cı ili üzrə büdcəsindən ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta agentliyinin maliyyəsi hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq”.  

Prezident İlham Əliyev yanvar ayında Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən ediləcək.

Bundan başqa,  Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılıb.

ANSPress

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button