Peşəkar televiziya kadrları azdır – Rəsmi

“Hazırda Azərbaycan televiziya kanallarında ən çox narahatlıq yaradan məsələ peşəkar kadrların azlığıdır”.

Xural.com report.az-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, televiziya kanallarında nə qədər çox peşəkar rejissorlar, operatorlar, aparıcılar və s. olarsa, hazırlanan proqramlar da bir o qədər keyfiyyətli olar.

Telekanalların peşəkar kadr probleminin həlli üçün zamana ehtiyac olduğunu deyən Q.Cəbiyev bu sahədə mövcud kadr bazasının ehtiyaca münasib olmadığını da bildirib:

“Əvvəllər bir televiziya vardı. Hazırlanan kadrlar kifayət edirdi. İndi telekanalların sayı artıb. Mövcud kadr bazası isə ehtiyaca uyğun deyil.Təbiidir ki, kifayət qədər təhsilli və təcrübəli televiziya kadrlarının olmadığı bir halda müntəzəm olaraq tamaşaçıya keyfiyyətli efir məhsulları təqdim etmək də çətindir. Yəni, peşəkar televiziya kadrlarının hazırlığı istiqamətində problemlər var. Bu istiqamətdə vəziyyətin düzəlməsi üçün zamana ehtiyac var. Odur ki, peşəkar kadrların hazırlanması istiqamətində işlər genişləndirilməlidir”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button