Poladovun qollarında can verən sevgilisi – Eyni ayda, eyni xəstəlikdən vəfat ediblər…

Azərbaycanın xalq artisti Fuad Poladovun vəfatından sonra onun nakam eşqi barədə məlumatlar paylaşılır.
BakuPost oxucular üçün də maraqlı olacağını nəzərə alaraq, görkəmli aktyorumuzun ömrü boyu ürəyində daşıdığı sevgisi ilə bağlı məlumatları təqdim edir:
Fuad Poladov 24 may 1948-ci ildə Bakıda anadan olub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Onunla ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşıblar. Söhbət aktrisa Vəfa Fətullayevadan gedir.
Eyni səhnəni paylaşan Vəfa və Fuad sonradan isə tədricən həyatlarını, sevgilərini, hisslərini də bir-biri ilə paylaşıblar. Amma bu sevginin sonu olmayıb. Ailə qurmayıblar, ya da qura bilməyiblər. Məlumata görə, onların qovuşmasına V.Fətullayevanın anası Hökumə Qurbanova icazə verməyib.
Картинки по запросу vəfa fətullayeva
Vəfa Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev bu məsələ haqqında danışarkən bunları deyib: “Başa düşürdülər ki, nə qədər Hökumə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam… Hökumə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökumə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin, başqa cür olub”.
Bəzi versiyalara görə, anasının onların münasibətinə qarşı çıxmasına səbəb H.Qurbanovanın qızının səhnə-ailə dilemması qarşısında qalmasını istəməməsi olub. Çünki Vəfanın Zaur adlı şəxslə evliliyi uğursuz olmuşdu. Zaur Vəfanın səhnəyə çıxmasına qarşı olub. H.Qurbanova qızının növbəti belə bir hadisə yaşamasını istəmədiyi üçün Fuadla onu ayırıb.
1987-ci ildə Vəfa Fətullayeva ağır xəstəliyə düçar olub. Həmin il mayın 21-də – Fuad Poladovun doğum günündən 3 gün əvvəl – əməkdar artist qan xərçəngindən əbədi olaraq gözlərini yumub. Bundan iki ay sonra Nüsrət Fətullayev, bir il sonra isə Hökumə Qurbanova dünyasını dəyişib.
Vəfa Fətullayeva
Fuad Poladov isə onunla bağlı heç vaxt danışmayıb.
Bəzi məlumatlara görə, o, xəstəxanada yatarkən Poladov yanından heç ayrılmayıb və Vəfa sevdiyinin qollarında can verib.
Fuad Poladov Vəfa Fətullayevanın ölümündən düz 31 il sonra, onunla eyni ayda – mayda, eyni xəstəlikdən – xərçəngdən vəfat edib. Ölüm günlərinin arasında isə sadəcə 16 gün fərq var…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button