Polis narkotik maddələr aşkarladı

images (4)30.07.2013

İlin birinci yarısında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən xeyli silah sursat və narkotik maddə aşkar olunub

Cari ilin birinci yarısında Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən 3 tüfəng (bir yivsiz və iki TOZ-8), 3 tapança (2 yivsiz və 1 qaz), 5 avtomat, 4 “F1” əl qumbarası, 2 avtomat sandıqçası, müxtəlif kalibrli 890 patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yarım il ərzində polisin digər xidmətləri ilə birgə 28 fakt üzrə 6 kiloqram 583 qram marixuana, 7 kiloqram 5 qram heroin, 2 kiloqram 355 qram tiryək, 2 kiloqram 35 qram həşiş qətranı, 48 qram metadon, 0,314 qram metanfetamin narkotik maddəsi və 1448 ədəd çətənə kolu aşkarlanıb.

Bundan başqa polislər ilin birinci yarısında 683 min 430 yol hərəkəti qayda pozuntusu aşkar edib

Cari ilin birinci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində 683 min 430 yol hərəkəti qayda pozuntusu qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, bu pozuntuların 4 min 749-u nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi, 118 min 588-i müəyyən olunmuş sürət həddinin aşılması, 14 min 226-sı ötmə qaydalarının pozulması, 19 min 605-i yolayrıcılarının keçilməsi qaydalarının pozulması, 2 min 588-i sərnişin daşıma, qalanları isə digər qaydaların pozulması ilə bağlı olub.

Yol hərəkəti qaydalarının pozuntusuna görə 814 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button