Polis rəisləri Bakıya toplaşdılar

daxili işlər nazirliyi kollegiya iclası 1Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir

xural.com  report.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir. 

“Report”un məlumatına görə, iclasda DİN rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər. 

İclasda 2015-ci ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Kollegiyada Azərbaycanda keçirilən “Bakı 2015” l Avropa Oyunları zamanı iştirakçıların, qonaqların və tamaşaçıların təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması sahəsində polisin fəaliyyəti də müzakirə ediləcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button