Polis Vahid Mustafayevi saxladı

Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü isə digər yoldaşları ilə birlikdə 46 saylı avtobusla yola salıb.
Hadisə yerində olan mənbələrin verdikləri xəbərə görə, hadisə Nobel prospektində baş verib.
Polisin verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə, V.Mustafayevin motosiklet karvanı dünən motosiklet qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsilə motosikletlər cərimə meydançasına aparılıb.

Moderator.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button