Poroşenko sovet simvollarını qadağan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko “1939-1945-ci illərdə II Dünya müharibəsində nasizim üzərində qələbənin əbədiləşdirilməsi haqqında” qanun imzalayıb.

Virtualaz.org bildirir ki, qanunun mətni Ukrayna dövlət başçısının saytında dərc olunub.

Qanuna əsasən, “Böyük Vətən müharibəsi” termini “II Dünya müharibəsi” termini ilə əvəz olunub.

Sənəd Ukraynanın “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin əbədiləşdirilməsi haqqında” qanununu qüvvədən düşmüş hesab edir və 9 Mayı “II Dünya müharibəsində nasizm üzərində Qələbə günü” adlandırır.

Həmçinin II Dünya müharibəsi illərində həlak olanların yad edilməsi zamanı Sovet rəmzlərindən istifadə qanunla qadağan edilir.

Bundan əlavə, Pyotr Poroşenko Ukraynada kommunist və milli-sosial totalitar rejimləri pisləyən və onların rəmzlərinin təbliğinin qadağan edilməsi haqqında qanun imzalayıb.

Xatırladaq ki, Ali Rada bundan əvvəl, aprelin 9-da paytaxt Kiyevdə və digər şəhərlərdə sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə etmişdi.

Mayın 14-də isə Kiyev Şəhər Soveti Ukraynanın müstəqillik günü – avqustun 24-dək binalardan, metro stansiyalarından və digər memarlıq obyektlərindən sovet simvollarının yığışdırılmasına dair qərar qəbul edib.

2016-ci ilin 31 martına qədər sökülmüş kommunist simvollarının əvəzinə Kiyevdə Ukraynanın dövlət simvollarının qoyulması planlaşdırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button