Poroşenkodan Rusiyaya xəbərdarlıq:”Rədd olun buradan…”

Pyotr Poroşenko Türkiyə
“Donbasda silah səsləri, tankların gurultusu eşidilməməli, ukraynalılar ölməməlidir”.

Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko Donbas səfəri zamanı deyib.

O, sərt şəkildə Rusiyaya müraciət edib:

“Donbasda sülhü bərpa etmək lazımdır. Bu, çox vacibdir. Donbasda silah səsləri, tankların gurultusu eşidilməməli, ukraynalılar ölməməlidir. Biz Minsk sazişi zamanı Rusiyanın öz qoşunlarını buradan çıxaracağına ümid edirdik. Donbasdan onlara müraciət edərək bildirirəm ki, biz ukraynalılar heç nə istəmirik. Rədd olun!”

Qeyd edək ki, Rusiyadan dəstək alan separatçılar 2014-cü ilin aprelində Ukraynanın şərqindəki Donbas və Luqansk vilayətlərində mərkəzi hökumətə qarşı çıxıb və xalq respublikaları yaradıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button