Press-reliz- SimSim abunəçiləri üçün 40%-lik endirim

Azercell yeni sərfəli Kombo tarif paketini istifadəyə verdi

4,5 milyonluq abunəçi ailəsi ilə ölkənin lider mobil operatoru Azercell Telekom 2016-cı il üçün hazırladığı yenilikləri təqdim etməkdə davam edir. Şirkət növbəti dəfə Fakturasız Xətt (SimSim) Abunəçilərini yeni tarif paketi ilə sevindirir. Belə ki, 2 fevral tarixindən etibarən Azercell Fakturasız Xətt abunəçilləri üçün yeni KOMBO tarif paketi istifadəyə verildi. İki Paketden (Kombo 8 və Kombo 16) ibarət olan Kombo tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.

Rahatliq — Kombo paketlərində dəqiqə, İnternet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini, SMS və Mobil Internet paketini birdəfəyə almış olacaqlar.

Qənaət – Kombo paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət etmiş olurlar. Kombo paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40% endirimlə təklif olunur.

Daha bir üstünlük isə şəbəkədaxili sms-in limitsiz olmasıdır. Yəni, bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili sms göndərmək imkanı qazanırlar.

Kombo 8 – Aylıq qiymət 8 AZN, şəbəkədaxili zəng 200 dəq, internet 500 MB, şəbəkədaxili SMS
limitsiz, paketdaxili həcm bitdikdən sonra hər 1deq/1mb üçün istifadə, 0,05 AZN;

Kombo 16  – Aylıq qiymət 16 AZN, şəbəkədaxili zəng 400 dəq, internet 1500 MB, şəbəkədaxili SMS
limitsiz, paketdaxili həcm bitdikdən sonra hər 1deq/1mb üçün istifadə, 0,10 AZN.

Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi birdəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir.

Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki, ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. Kombo tarif paketinə qoşulmaq üçün abunəçilər Kombo 8 və ya Kombo 16 açar sözünü yazıb 7575-ə göndərə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button