Prezidentə təqdim olunan əfv siyahısında 140-a yaxın məhbusun adı var –

turme

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu barədə Komissiyadan məlumat verilib.

“Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var”, – Komissiyadan bildirilib.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button