Prezident general Əli Nağıyevin qardaşını mükafatlandırdı

naqiyev-1

General Əli Nağıyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqda sərəncam imzalayıb.

Xuralcom strateq.az bildirir ki, ali xüsusi rütbə ilə mükafatlandırılan Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini, MTN-in sabiq nazir müavini general Əli Nağıyevin qardaşıdır.

Məlumat üçün bildirək ki, Vəli Nağıyev də uzun illər MTN-də xidmət edib, peşəkar çekistlərdən sayılır. Ancaq Eldar Mahmudovla qardaşı Əli Nağıyev arasında olan ziddiyyət səbəbindən MTN-dən uzaqlaşdırılıb.

Ötən ilin 17 oktyabrında Eldar Mahmudov və dəstəsi ifşa olunduqdan sonra prezident sərəncamı ilə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button