Prezident Həsən Ruhani ilə görüşdü

ilham iran02

İran İslam Respublikası prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi çərşənbə axşamı rəsmi şəkildə qarşılayıb.

ilham ruhani

İranın Prezident Administrasiyasının rəsmi informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikası prezidentini rəsmi qarşılama mərasimində iki ölkənin dövlət himninin səsləndirilməsindən sonra İran və Azərbaycan Respublikası prezidentləri xüsusi hərbi bölmənin qarşısından keçib, sonra isə öz nümayəndə heyətlərini bir-birilərinə təqdim ediblər.

İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentlərinin görüşü, yüksək səviyyəli heyətlərin iclaslarında iştirak, iki ölkənin rəsmiləri arasında əməkdaşlıq sənədlərinin imzalanması cənab Əliyevin Tehran səfərinin proqramlarındandır.

Ruhani və Əliyev rəsmi qarşılama mərasimindən dərhal sonra ikitərəfli görüş məkanına daxil olublar.

ilham ruha

Bir qədər sonra isə, İranla Azərbaycan arasında əməkdaşlıq barədə 11 sənəd imzalanıb.

İRİB xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra əməkdaşlıq sənədlərini hər iki dövlətin nazirləri imzalayıb.

Azərbaycanla İran arasında fövqaladə hallar zamanı, gömrüklə bağlı inzibati kömək, veterinar kömək haqqında müvafiq sənədlər imzalanıb.

Bundan başqa hər iki dövlət elektrik enerjisinin satışı haqqında saziş, iki ölkəni birləşdirəcək Astara-Astara dəmir yolunun çəkilməsi haqqında çərçivə sazişinə qol çəkib.

SOCAR-la İran Milli Neft Şirkəti arasında imzalanan saziş neft-qaz sahələrində əməkdaşlığı ehtiva edir. Bu barədə imzalanmış memorandumda birgə əməkdaşlıq əks edilib.

Bundan əlavə iki dövlət səhiyyə və tibbi kömək, əmək münasibətləri, məşğulluq və sosial müdafiə barədə əməkdaşlıq memorandumu imzalayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button