Prezident icra başçısını mükafatlandırdı

Prezident İ.Ə.Mehdiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə İbrahim Əsgər oğlu Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İbrahim Mehdiyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısıdır. O, bu vəzifəyə 2006-cı ildə təyin edilib.

Mehdiyev İbrahim Əsgər oğlu – 01.04.1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.
28.06.2000-ci ildən – 26.09.2006-ci ilədək Xətai rayon İcra Hakimiyyətinin Başçısı, 26.09.2006-cı ildən hal-hazıra kimi Yasamal rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir.
1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub.
1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button