Prezident İlham Əliyev nüvə sammitində çıxış edəcək

ilham əliyev

“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir”. 

Bunu “ANS” televiziyasına eksklüziv açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədovun bildirməsinə görə, prezident İlham Əliyev Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammitdə Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edəcək:

“Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə addımlar atılır”.

Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq sammit 31 mart–1 aprel tarixlərində ABŞ paytaxtı Vaşinqtonda Sərgi Mərkəzində keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button