Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

17.06.2013

061700039886

 Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidenti  Həsən Ruhaniyə təbrik məktubu göndərib.

  “Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri
birləşdirir”, – məktubda deyilir.
  İ.Əliyev  əmin olduğunu bildirib ki, “tərəflər möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button