Prezident Tramp dövlət katibi Tillersonu vəzifəsindən niyə qovdu?

MKİ direktoruluğuna isə adı işgəncələrdə qarışan kadr gətirilir

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifəsinə son verib. Onun yerinə isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeonu gətirib. Pompeonu isə direktor postunda ABŞ tarixində ilk kəşfiyyatçı rəhbər statusu qazanan Cina Haspel əvəzləyəcək.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp CBS kanalına verdiyi müsahibədə bu məsələni Reks Tillersonla uzun müddətdən bəri müzakirə etdiyini bildirib. “Bizim bəzi məsələlərdə fikir ayrılıqlarımız vardı. Məsələn, götürək İran (nüvə anlaşması-red.) problemini… Mən bu sazişin fəlakət olduğunu düşünürdüm, o isə hər şeyin yolunda olduğunu deyirdi. Biz ya bu sazişi tamamilə ləğv etməli, ya da başqa cür dəyişiklik həyata keçirməliyik. Tillersonun düşüncəsi ayrı yöndə idi. Biz eyni istiqamətdə hərəkət edə bilmirdik”, – Tramp deyib.

Əslində D.Trampın dediyi kimi, Reks Tillersonun istefası an məsələsi sayılırdı. Hələ keçən ilin avqustundan “The Washington Post” prezident və dövlət katibi arasında Əfqanıstandakı qoşunların sayı, habelə Qatar və Kubanın blokadası məsələsində fikir ayrılıqlarının olduğunu yazmışdı.

Oktyabrın 31-də isə mətbuat, daha doğrusu, NBC News R.Tillersonun Donald Trampı “gicbəsər” adlandırdığını yaymışdı. Elə həmin vaxtdan etibarən R.Tillersonun mümkün xələfinin Maykl Pompeo olacağı deyilirdi.

R.Tillerson Ağ Evin rəhbərinə qarşı təkcə İran, Qatar və Kuba məsələsində durmayıb. Dövlət katibi daha Şimali Koreya ilə nüvə böhranında saha sərt tədbirlər görülməsinin tərəfdarı sayılan prezidentdən fərqli olaraq problemin dialoq yolu ilə həll edilməsinə çalışıb.

Картинки по запросу trump tillerson pompeo

Lakin Tillersonla Tramp arasında əsl uçurum Rusiya ilə əlaqədar yaranıb. Vaxtilə Putinin əlindən “Xalqlar dostluğu” medalı alan Reks Tillerson bir çoxlarının təxminlərinin əksinə olaraq ona qarşı daha sərt mövqe tutub.

R.Tillerson ən sonda rusiyalı casus Sergey Skripala olan sui-qəsdin arxasında dayanan dövlətin Rusiya olduğunu söyləyib. “Bu cinayətin izləri Rusiyaya gedib çıxır və heç şübhəsiz, Moskva cavab reaksiyasını alacaq”, – “Associated Press” agentliyi Tillersondan sitat gətirib.

Картинки по запросу tillerson putin medal

Yeni dövlət katibi Mayk Pompeo isə 44-cü prezident Barak Obamanın ən sərt tənqidçilərindən biri hesab olunur. 2016-cı il seçkilərindən sonra Pompeo D.Tramp kimi Tehranla bağlanan sazişi fəlakət adlaındırıb, İranın özünü isə terrorizmə sponsorluq edən dövlət kimi səciyyələndirib.

Bundan əlavə, Pompeonun İsraillə yaxşı münasibətləri var.

Картинки по запросу pompeo israel

Pompeo Rusiya barədə Tillerson qədər radikal görünmür. O, martın 11-də “Fox News Sunday” kanalına verdiyi müsahibədə amerikalıların Rusiyadan gələn nüvə təhlükəsindən qorxmamaları gərəkdiyini bildirib. Pompeonun fikrincə, ABŞ-ın raket əleyhinə müdafiə sistemi hər cür hücumu dəf etməyə qadirdir. Bundan əlavə, Pompeo Vladimir Putinin yeni super silahları barədə bəyanının ABŞ kəşfiyyatı üçün sürpriz olmadığını söyləyib.

Lakin maraqlıdır ki, Pompeo Putini bu yaxınlarda NBC kanalına verdiyi müsahibədə Rusiyanın ABŞ-dakı seçkilərə qarışmadığı barədə sözlərini tənqid edib və bunun yalan olduğunu çatdırıb -“Məhz rusların bu məsələdə birbaşa əli var”.

Haspelə gəlincə.. Onunla bağlı mediada və internetdə olan məlumatlar bu qadının MKİ-nin əsl kadr zabiti olduğunu göstərir.

Картинки по запросу Gina Haspel Thailand

 

Cina Haspel MKİ-də 1984-cü ildən bəri fəaliyyət göstərir. 2002-ci ildə C.Haspel ABŞ-ın Tailandakı gizli həbsxanasının rəhbəri olub. “Pişik göz” kod adlı bu həbsxanada “Əl Qaidə” terror təşkilatına mənsub olduğu deyilən Əbdülrəhim əl Nasiri və Əbu Zübeydə adlı Səudiyyə Ərbistanı vətəndaşları saxlanılıb. ABŞ Senatınn kəşfiyyat üzrə komissiyasınn məruzəsində həmin həbsxanada məhkumlara ağlagəlməz işgəncələr verildiyi bildirilib.

Məsələn, Əbu Zübeydə ay ərzində 83 dəfə su işgəncəsinə məruz qalıbmış. Bunun nəticəsində o, gözünün birini itirib.

Картинки по запросу Gina Haspel prison

C. Haspel daha sonra MKİ-nin Antiterror mərkəzinin direktoru Xose Rodrigezin qərərgah rəhbəri təyin olunub. Rodrigez öz memuarlarında Haspelin Tailandakı həbsxanada məhkumların sorğu-sual videolarının məhv edilməsi ilə bağlı sərəncam verdiyini yazıb.

2013-cü ildə MKİ-nin direktoru Con Brennan Cina Haspeli Milli Məxfi Xidmətin direktor müavin təyin edir. Bu idarə Mərkəzi Kəşfiyyat İdarəsinin dünyadakı bütün gizli əməliyyatlarını təşkil edir. Lakin Senat onu həmin vəzifəyə təyinatını təsdiq etmir.

2017-ci ilin fevralın 2-də isə prezident Donald Tramp Cina Haspeli MKİ direktorunun müavini vəzifəsini tapşırır. Həmin vaxt Senatın bəzi üzvləri onu bu fikirdən daşınmağa çağırsalar da, bu, D. Trampın qərarını dəyişməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button