Prezident yüksək cərimənin tətbiqinə veto qoydu

ilham əliyev2

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin yanvarın 19-da keçirdiyi növbədənkənar plenar iclasda İnzibati Xətalar Məcəlləsinə qəbul etdiyi yüksək cərimənin tətbiqinə veto qoyub.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslərin ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavənin ləğv olunmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan prezidenti Milli Məclisin növbədənkənar iclasında qəbul etdiyi ikinci məsələyə veto qoymuş oldu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button