Prezidentin dəbdəbəli bayram ziyafəti etiraz doğurdu

1739514

Madaqaskar vətəndaşları dəbdəbəli yeni il ziyafəti keçirdiyinə görə ölkə prezidenti Eri Radzaunarimampianina əleyhinə aksiya keçiriblər. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mindən artıq qonağın qatıldığı ziyafət yerli telekanalların birində yayımlanıb. Elə etirazlar da bundan sonra başlayıb.

Vətəndaşlar əvvəlcə sosial şəbəkələrdə prezidenti sərt tənqid ediblər. Daha sonra əllərində boşqablarla paytaxt küçələrinə çıxıblar. Bildiriblər ki, əhalinin dörddə üçü yoxsulluqdan əziyyət çəkdiyi halda, prezident xalqın pulları hesabına yemək məclisləri təşkil edir.

Fəallar bildirirlər ki, prezidentin bayram ziyafətləri ildən-ilə bir az daha təmtəraqlı olur. Prezident sarayındakı bu ziyafətlər və konsert proqramlarına çəkilən xərclər isə vətəndaşların vergiləri hesabına başa gəlir.

Ötən ilin mayında Madaqaskar parlamenti prezidentin impiçmentinə səs vermiş, lakin Konstitusiya Məhkəməsi bu tələbi rədd etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button