Prezidentin maaşı müəllimin əmək haqqından 61 dəfə çoxdur
Azərbaycan prezidenti son bir həftədə müəllimlər, həkimlər və incəsənət xadimlərinin maaşlarını 10 faiz artırdı. Bu təbəqənin əməkhaqqı kifayət qədər nəzərə çarpan formada aşağı olduğundan artırılan 10 faiz də kiçik rəqəmlərlə ifadə edilir.
Məsələn, müəllimlərin maaşlarına əlavə edilən 10 faiz aya 21 manat 30 qəpikdir. Çünki Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına görə Azərbaycanda bir müəllimin aylıq orta maaşı 213 manatdır.
Amma məsələn, prezidentin maaşı 10 faiz artırılsaydı, dövlət başçısı dekabrdan başlayaraq ayda indikindən 1500 manat çox alacaqdı. ona görə ki, onun aylıq maaşı 15 000 manatdır.
Dövlət başçısının əməkhaqlarının artırılması sərəncamlarında 10 faizlik artım nadir faiz rəqəmlərindədir.
Təkcə bu il prezident pensiyaların 40 faiz, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşlarının 30 faiz artırılması barədə sərəncam imzalayıb.
Müxalifət mediasında bunu prezidentin daha çox hüquq-mühafizə orqanlarına güvənməsi və onların dəstəyini özünə təmin etməsi kimi izah edirlər. Amma hökumət təmsilçiləri əslində müəllim və həkimlərin sayının çox olduğunu, buna görə onlara artırılan 10 faiz əməkhaqqının başqa təbəqələrə verilən 30 faiz artımdan büdcəni daha çox yükə saldığını deyirlər.
Bu cür arqumentlər çəkişməsini uzatmadan rəsmi məlumatlar əsasında dövlət büdcəsindən kimlərin nə qədər maaş almaları barədə rəqəmlərə keçək.
Beləliklə, Azərbaycanda ali dövlət vəzifələrini tutanların büdcədən aldıqların aylıq əməkhaqlarının miqdarı aşağıdakı kimidir:
Prezident 15000
Baş nazir 2406
İcra hakimiyyəti orqanlarının yüksək səviyyəli məmurları maaşlarına aya vergi tutulmayan 25 faiz də təmsilçilik haqqı alırlar. Bu cədvəldə həmin faiz də nəzərə alınıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb.
Baş nazirin birinci müavini 2125
Baş nazirin müavini 2031
Nazir, Dövlət Komitə və Fondlarının sədrləri 1875
Nazir, Dövlət Komitə və Fondu sədrinin birinci müavini 1250
Nazir, Dövlət Komitə və Fondlarının sədrinin müavini 1094
Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 1875
Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçıları 1094
Şəhər və rayonlar üzrə:
Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları 937
Əhalisi 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları 750
Milli Məclisin sədri 2925
Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var.
Milli Məclis sədrinin birinci müavini 2632
Milli Məclis sədrinin müavini 2486
Milli Məclisin komitə və komissiya sədri 2340
Milli Məclisin komissiya sədrinin müavini 2194
Milli Məclisin deputatı 2048
Polis 400
Sıravi və rütbəli zabitlərin maaşları arasında orta aylıq polis maaşı. Polis əməkdaşları başqa kiçik məbləğli ödənişlər də alırlar.
Ali Məhkəmənin sədri 1785
Hakimlər və prokurorlar əməkhaqlarına bir sıra başqa müavinətlər də alırlar.
Konstitusiya Məhkəməsinin sədri 1785
Ali Məhkəmənin hakimləri 1428
Konstitusiya Məhkəməsinin hakimləri 1517
Rayon məhkəmələrinin başçıları 1071
Baş Prokuror 1785
Baş Prokurorun birinci müavini 1425
Baş Prokurorun müavini 1350
Prokuror-kriminalist 960
İdarənin, şöbənin prokuroru 965
“Azadlıq” radiosu
Hansi neft muhendisinden sohbet gedir? eyer SOCAR-da ishleyen muhendislerden gedirse 375-ayliq emek haqqi alir 13 dereceli muhendis.xahish edirem yazanda duzgun yazin.
Neft muhendisinin maasi 2344 man ola biler, lakin buna baxmayaraq yayilan sayelere gore 2344 man alan neft muhendisinin maasi 52 faiz artmalidi ama 370-400 man alan fehlenin maasi oldugu yerde qalir. Buna nece qiymet vermek olar?????????????
Salam, evvela bunlarin hamisiynan raziyam, amma yadinizdan cixartmayin ki, ele hekimlerin ozu ay erzinde aldiqlari o maashdan da guclu pul qazanirlar, kim bu saat hekime pulsuz gede bilir, hec kim! Bura Azerbaycandir!