Prezidentin oğlu əlaçı oldu – FOTO

2Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı Azərbaycan Diplomatiya Akademiyasında yay imtahan sessiyasını uğurla başa vurub. 

Bu barədə xural.com azvizion.az-a istinadən  xəbər verir. 

H.Əliyevin bir yerdə təhsil aldığı qrup yoldaşları bildiriblər ki, o imtahanlar zamanı çox yüksək nəticə göstərib:

“İmtahanlarımız artıq başa çatıb. Heydər Əliyev dərslərini çox yaxşı oxuyurdu. O, bütün imtahanlarda yüksək nəticə göstərib və əlaçı olub”.

Qeyd edək ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.

Bir müddət öncə jurnalistlərə müsahibə verən H.Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu bildirmişdi.

xural.com 

55 44 33 22

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button