Prezidentliyə namizədə təzyiq var: “Seçkilərdən çəkilə bilərik”

Strateq.az prezidentliyə namizəd,  ALDP sədri Fuad Əliyevin ALDP mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edir:

– Fuad müəllim, artıq seçkilərə start verilib və imzatoplama kampaniyası başlanıb. Necə gedir bu kampaniya?

– Bəli, imzatoplama kampaniyası başlanıb. 100-dən çox partiya fəalı 80 dairədə imzatoplama kampaniyasına qoşulub. İlk günlərdə problemlərin olmamasını qeyd edsək də, dünən axşam saatlarında partiyanın Mərkəzi Seçki Qərargahına (MSQ) Şamaxı və İsmayıllıdan təzyiqlərlə bağlı məlumatlar daxil oldu. Mülki qeyimli şəxslər imzatoplayanlara  hədə-qorxu gələrək, onları olduğu küçələrdən getməyə məcbur etdilər.

– Sizcə bunu kim edə bilər? İcra nümayəndələri, yoxsa polis?

– Bununla bağlı indi qəti söz deyə bilmərəm. MSQ bu məlumatı araşdırır. Vətəndaşları belə bir vəziyyətə salıblar ki, hər şeydən qorxurlar. Ola bilər ki, araşdırmadan imza verməkdən imtina ediblər və həmin ərazini tərk etməyə məcbur ediblər. Ola bilər ki, siz deyən adamlardır.

– Sosial şəbəkələrdə sizi tənqid edənlərin əksəriyyəti sizin fikirlərinizi yox, seçkilərdə iştirakı, çəkinin artıq olunmasını daha çox qeyd edirlər. Maraqlı olar, sizin buna münasibətiniz necədir?

– Normal münasibətdir. Hər bir kəs öz səviyyəsini göstərir. Müsahibəni oxumamış, fikirlərimlə tanış olmamış kommentlər yazırlar. Yenə də deyirəm, dediklərim fikirlərlə razılaşmamaq olar, tənqid etmək olar, amma təhqirlərə keçmək olmaz. Təhqirə təhqirlə cavab verəndə onda sən də onların “plintusdan” aşağı olan səviyyələrinə düşürsən. Ona görə mən o yazılara heç fikir də vermirəm. Artıq çəkiyə gəlincə, mən özüm də bilirəm, sadəcə, bunu bir dəfə müsahibələrin birində demisdim ki, idmanla məşğul olmuşam və bir ildən çoxdur ki, üzgüçülüyə getmirəm. İdmanla məşqul olanlar bilirlər ki, idmanda uzun fasilə verəndə çəkin artır. İnşallah, seçkilərdən sonra vaxt tapıb yenidən üzgüçülüyə gedərəm. Bunu mənə hər dəfə yada salanlara da minnətdaram ki, mənim səhhətimlə maraqlanırlar. Bir məsələ də var. Mən inanmıram ki, Çörçilə, Xruşşova, Turgut Özala kimsa desin ki, sən arıqla, sonra seçkidə iştirak et.

– Fuad müəllim, indicə geyd etdiyiniz təzyiqlər, pozuntular davam olunsa, bununla bağlı MSK-ya şikayət edəcəksiniz? Və ümumiyyətlə, bu kimi hallar seçkilərdə iştirakla bağlı qərarınıza təsir edə bilərmi?

– Sozsüz ki, belə davam olunsa biz çalışacağıq ki, bunları qeydiyyata alaq və rəsmi şəkildə MSK-ya təqdim edək. Seçkilərdə iştrakın dayandırılmasını da istisna etmirəm. Hər şey bu 10-15 gündə aydın olacaq.

– Keçən il aprelin 12-də keçirilən partiyanın V Qurultayında namizədliyiniz irəli sürülmüşdü. Və öz çıxışınızda qeyd etmişdiniz ki, ilin axırında növbədənkənar prezident seçkiləri keçirilə bilər. Və təxminən dekabr ayında keçəcəyini qeyd etmişdiz. Növbədənkənar seçkiləri keçən il dekabr ayında keçməsə də, bu il aprel ayına təyin olundu. Sizcə, seçkilərdən sonra bu il növbədənkənar parlament seçkiləri olacaqmı?

– Bəli, mənim fikrimcə növbədənkənar parlament seçkiləri keçiriləcək. İlin axırına qədər bu baş verə bilər. Yeni seçilən prezidentin səlahiyyəti buna əsas verir. Yeni prezident, yeni hökumət və yeni parlament təşkil edə bilər.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button