Prof. Dr Yahya Daşdələn Ankaradan yazır: “İşimiz Allaha qalıb”

Yahya dasdelen

Prof. Dr Yahya Daşdələn

Bakıda olanda Daxili İşlər Nazirliyinə bir işim düşdü. Məni hay-küylə nazirin qapısına apardılar. Razılıq verdilər, qapını açdılar və məni içəri buraxdılar. İdman meydançası kimi böyük bir salonu vardı. Gözlərim naziri axtardı. İlk əvvəl görə bilmədim. Bir də diqqətlə baxanda nə görsəm yaxşıdır – 15-20 metr uzaqda, böyük bir masanın arxasında general mundirində balaca bir adam oturub. Başını qaldırıb bir dəqiqə belə mənə baxmadı. Yanındakı masanın üzərində 10-15 telefon və bir də səs alma cihazı vardı. Birdən elə bil, yuxudan oyandı. Mənə baxdı və heç danışmadan möhkəm öskürdü və məni qapıdan güclü külək kimi bayıra fırlatdı. Bir də gözümü açdım ki, cəhənnəmin astanasındayam. Gördüm ki, marşal paltarında meymuna oxşayan bir adam da arxamdan gəlib. Cəhənnəm zəbaniləri dərhal bu adamın paltarlarını çıxardılar və onları qapıda gözləyən böyük bir köpəyə geyindirdilər. O rəsmi paltarda olan köpək bu meymuna oxşayan adamı yerə yıxıb boğmağa çalışırdı. Zindan nəzarətçiləri köpəyi kənara çəkib, paltarsız adamı qətran dolu qazanın içinə atdılar. Beş dəqiqə sonra şəhərə elə bir pis qoxu yayıldı ki, insanlar küçələrə töküldülər və üsyana qalxaraq hökuməti tənqid etməyə başladılar. Hamı bir ağızdan “hökumət indi də bizi zəhərləməyəmi çalışır?” deyirdilər. Bunun ardınca prezidentə hücum etdilər. Prezident çaşıb qalmışdı. Dərhal hava təhlil heyətinin gəlməsini əmr etti… Bu heyət dərhal havadakı pis qoxuları analiz etdi. Gördülər ki, qətran qazanına atılan nazirin paltarının zəhəri imiş. Bu nazir zamanında xalqın anasını ağladıb, zülüm etdiyi kifayət deyilmiş kimi, həm də cəhənnəmdəki  qır qazanında qoxmuş zəhəri ilə də xalqımızdan intiqam alırdı. O əsnada kənarda dayanan bir ağsaqqal dedi ki, heç boş yerə əziyyət çəkməyin, bizim işimiz Allaha qalıb: “Əl Fatiha!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button