Professor İlham Rəhimov Şanxay Universitetinin professoru Renying Linlə görüşüb

ilham rehimovAzərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov Çin Xalq Respublikasının Şanxay Universitetinin professoru və səlahiyyətli nümayəndəsi cənab Renying Linlə görüşüb.

Görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış və inkişaf etməkdə olan dostluq, mədəniyyət və təhsil sahəsindəki əlaqələr geniş müzakirə olunub.

xural.com-a daxil olan məlumatda bildirilir ki, cənab Renying Li təmsil etdiyi Şanxay Universitetinin və həmçinin, Çinin  qədim Şi’an (“Xi’an”) şəhərində yerləşən məşhur “Şimal-Qərb Siyasət və Hüquq” Universitetinin rəsmi dəvətini professor İ.Rəhimova çatdırıb. Cənab Renying Li həmçinin, qeyd olunan təhsil ocaqlarının rəhbərliyinin adından professor İ.Rəhimovdan bu universitetlərin tələbə, aspirant və muəllim heyəti qarşısında cinayət hüququna dair müvafiq məruzə ilə çıxış etməsini xahiş edıb.

Bundan başqa, cənab R.Lin “Şimal-Qərb Siyasət və Hüquq” Universitetinin rəhbərliyi adından İ.Rəhimovun rus dilində nəşr olunmuş və artıq bir çox xarici dillərə tərcümə olunaraq böyük maraq doğurmuş “Cinayətkarlıq və cəza” («Преступность и Наказание») (Moskva, 2012) və  “Cinayət və cəzanın fəlsəfəsi” («Философия Преступления и Наказания») (Sankt-Peterburq, 2013) adlı kitablarının da çin dilinə tərcümə olunmasını təklif etmişdir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button