Prokuror ​Dağlıq Qarabağda separatçıları dəstəkləyən erməniyə 7 il iş istəyib

ermeni2

“Xahiş edirəm Ayrapatyan cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 7 il müddətinə azdlıqdan məhrum edilsin”.

Report.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, dövlət ittihamçısı Moskvanın Zamoskvoretsk məhkəməsində hakimə erməni iş adamı barəsində belə bir hökmün çıxarılması ilə bağlı müraciət edib.

Qeyd edək ki, Levon Ayrapetyanın terrorçuluğa və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum olunan eks-senator İqor İzmestiyevin anasından oğlu barəsində çıxarılan məhkəmə qərarının yumşaldılması qarşılığında 700 min ABŞ dolları aldığı bildirilir.

L.Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb. O, Başqordıstanın “Başneft” şirkətinin işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub.

Xatırladaq ki, o, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarından olub. L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button