Prokuror müğənninin prodüsserini qətlə yetirən şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Hamlet Cahangirovu qətldə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə davam edib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib, cinayət işi materiallarında olan bəzi sənədlər elan edilərək tədqiq edilib.
Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığı bildirib və çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror Yusif Mirzəyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il Yasamal rayonu Zahid Xəlilov küçəsində baş verib. Hamlet Cahangirov mənzilində bıçaqlanaraq öldürülüb. Hüquq mühafizə orqanlarının apardığı əməliyyat-axtarış nəticəsində H.Cahangirovu qətlə yetirməkdə şübhəli bilinən Yusif Mirzəyev saxlanılıb və ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.
Öldürülən Hamlet Cahangirov əvvəllər müğənni Səidə Sultanın prodüsseri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button