Prokuror müştərisinə bıçaq çəkən transseksuala 9 il 6 ay həbs cəzası istədi

transseksual

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə quldurluqda təqsirləndirilən Ceyhun Fərəcullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə məhkəmə istintaqın başa çatdığı elan edilib və söz dövlət ittihamçısına verilib.

Prokuror çıxışında Ceyhun Fərəcullayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. C.Fərəcullayev son sözə hazır olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

Proses aprelin 29-da davam edəcək.

Hadisə ötən il Bakının mərkəzində baş verib. Bakı şəhər sakini 1983-cü il təvəllüdlü C. Fərəcullayev transseksual olub. O, müştərisi ilə evə gəlib və bu zaman zərərçəkən onun qadın olmadığın bilib. Bu səbəbdən də onunla münasibət qurmaqdan  imtina edib. Bundan sonra Ceyhun Fərəcullayev müştərisini bıçaqla təhdid edərək telefonunu, 500 manata yaxın pulunu quldurluq yolu ilə ələ keçirib. Hadisədən sonra zərərçəkmiş şəxs polisə şikayət ərizəsi ilə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Fərəcullayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham verilib

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button