Prokuror “Texnikabank” olayında da ağlasığmaz “iş” istədi

texbank17.07.2013

İyulun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın idarə heyətinin sabiq sədri Samir Hüseynov, idarə heyətinin sabiq sədr müavini Nicat Abdullayev, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müdiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli və bankın daha 17 əməkdaşı barədə cinayət işi üzrə məhkəmə davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. O, Samir Hüseynovun 11 il 6 ay, Nicat Abdullayevin 10 il, Zülfüqar Zülfüqarlının 10, İlham Bahadurovun 9 il, Elnur Seyidovun 11 il, Anar Həmzəyevin 9, Natiq Cəfərlinin 9 il, Şərqiyyə Allahverdiyevanın 10 il, Elmar İsmayılovun 10 il, Aynur Şərifovanın 10, Sürayyə Əlizadənin 10 il, Rəşad Musayevin 10 il, Səyavuş Yolçuyevun 9 il, Rafət Əhmədovun 10 il, Ramin Əlizadənin 8 il 6 ay, Samir Ağamalıyevin 9 il, Əfsanə Hüseynzadənin 9 il, Elnur Nəsibovun 9 il, Polad Talıbovun 11 il, Namiq Xəlilovun 9 il 6 ay, Taib Məmmədovun 9 il 6 ay, Vasif Cahangirovun 9 il 6 ay, Nicat Hacıyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı eyni zamanda zamində olan 17 nəfər təqsirləndirilən şəxsin də barəsində seçilmiş qəti imkan tədbirinin ləğv edilməsi və onların məhkəmə zalndan həbs edilmələrini də təklif edib. Cinayət işində vergidən yayınma ilə bağlı məsələyə də toxunan dövlət ittihamçısı vergidən yayındırılan pul vəsaitinin müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulmasını da tələb edib.
Vəkillər çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi iyulun 20-dək təxirə salınıb.
Qeyd edək ki, “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri E. Əliyev və Yasamal filialının sabiq müdiri A. Cəfərli xəstə olmaları ilə bağlı barələrində olan cinayət işi ayrılıb və onlar sağalana qədər cinayət işinin icraatı dayandırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button