Prokurorluq Qubad İbadoğlunun ofisində axtarış apardı

qubad 11“Vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb”

Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb, xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Qubad İbadoğlu facebook səhifəsində məlumat yayıb. “3 saatadək davam edən axtarışdan sonra Mərkəzin və Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar. Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb” – Q.İbadoğlu qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button