Prokurorluq saytlara xəbərdarlıq edib

Сriminal.az, Xeberinfo.com  və Azpolitika.info saytlarının redaktorları Baş Prokurorluğa çağırılıb. Əsgər intiharı ilə bağlı   yoxlanmamış, təsdiqlənməmiş məlumatların yayılması ilə bağlı onlara xəbərdarlıq edilib, prokurorluğun məlumatında deyilir.

Bu məlumat “Meydan”TV İnternet resursu və sözügedən saytlar tərəfindən yayılıb, prokurorluq bildirib.

Rəsmi qurumlar tərəfindən təsdiqlənməyən məlumatların yayılmasının yolverilməzliyi və bu hal təkrar olunarsa onların məsuliyyətə cəlb olunmasının mümkünlüyü barədə redaktorlara xəbərdarlıq edilib.

Öz növbəsində “Meydan”TV ilə əməkdaşlıq edən jurnalistlər prokurorluğun bəyanatını təkzib edərək əsgər intiharı barədə məlumat yaymadıqlarını bildiriblər.

“Meydan”TV-də yayılan hərbi mövzuda materiallar rəsmidir və Müdafiə Nazirliyinə istinadən yayılır”, – mənbə qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button