Prokurorluq sistemində kadr dəyişikliyi

Baş Prokurorluğ02.06.2013

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXəbər-ə verdiyi məlumata görə, bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov prokurorluq orqanlarındakı dəyişikliklərlə əlaqədar bir neçə əmr verib.

Müvafiq əmrlərlə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək müvafiq olaraq Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, Şamaxı rayonunda keçən ilin oktyabr ayında Füzuli Musayevin vəzifədən azad olunmasından sonra prokuror vəzifəsi boş qalmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button