Putin «AST Telman»ın axırına çıxdı

Onun «Praqa»sını satdırdılar

Gələn ilin yanvarında Moskvanın ən məhşur restoranı «Praqa» təmirə dayanır. Onun işə başlaması isə bir il sonra – 2012-ci ilin yanvarında gözlənilir. Bu barədə «İzrus» agentliyi xəbər yayıb.

Xəbərdə o da deyilir ki, restoran həm də təzə adla işə başlayacaq, onun dizaynı və interyerləri dəyişdiriləcək.

Amma elə güman etməyin ki, «Praqa»nı yenə onun indiki sahibi Telman İsmayılov idarə edəcək. Əsla. Xəbərdə deyilir ki, Rusiya hakim dairələri, daha çox da baş nazir Putin İsmayılovu «Praqa»nı satmağa məcbur edib. Təzyiqlərə tab gətirməyən Telman İsmayılov da onu satmaq məcburiyyətində qalıb. İlkin xəbərlərə görə, restoranı məşhur italyan dizayner Roberto Kavalli və çeçen əsilli iş adamı Umar Cabrailov alıblar. Restoranın təmirdən sonrakı adı isə «Just Cavalli» adlanacaq.

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button